gototop gototop

Dictionary

KÜKÜRD QAZI

(ingiliscə - Sulfur dioxide - kükürd dioksid) oksigenlə kükürdün birləşməsi - SO2. Normal şəraitdə rəngsiz, kəskin iyli (yanan kibritin qovusunu verən) qaz. Yüksək konsentrasiyalarda toksik olur. Təzyiq altında otaq temperaturunda sıxılır. Suda qeyri-sabit kükürd turşusunun yaranması ilə həll olunur. Etanol və sulfat turşusunda da həll edilir. Vulkan qazlarının əsas komponentlərindən biri. Atmosferin əsas çirkləndiricisi, turşulu yağışların əsas səbəbkarı hesab olunur. Daha çox sulfat turşusu istehsalında tətbiq edilir. Şərabçılıqda konservant (E220 qida əlavəsi) kimi, istifadə olunur. Kükürd turşusunun müxtəlif duzlarının alınmasında, laboratoriyalarda həlledici kimi tətbiq edilir. Xlor tərəfindən ağartıla bilməyən materialların - saman, ipək və yunu ağartılmasında da istifadə olunur.