Archive
Dictionary
(latınca - contextus - “birləşmə”,”rabitə”) dil və ünsiyyəti birbaşa və ya dolayısı ilə öyrənən bir sıra humanitar elmlərdə (dilçilik, semiotika, sosiologiya, fəlsəfə, antropologiya) geniş istifadə olunan termin. Öncə termin yazılı mətnə aid edilirdi. Sonradan həm şifahi nitqi, həm də konkret bir ünsiyyətin əhatə etməklə daha geniş şəkildə başa düşülməyə başlandı. Müxtəlif tədqiqatçılar kontekst növlərinin təsnifatına fərqli yanaşırlar. Lakin ənənəvi olaraq isə şifahi (verbal) kontekstin özü (və ya linqvistik) və situasiya konteksti (və ya ekstralinqvistik, qeyri-şifahi) fərqləndirilir. Şifahi kontekst ümumi məzmuna daxil olan ayrı-ayrı sözlərin və ya cümlələrin mənasını aydınlaşdırmağa imkan verən yazılı və ya danışıq nitqinin (mətnin) tamamlanmış bir hissəsidir. Situativ kontekst isə vəziyyəti, vaxtı, yeri, həmçinin real gerçəkliyə dair hər hansı faktı daha dəqiq şərh etməyə kömək edən kommunikasiya situasiyasıdır.