Archive
Dictionary
KLİOMETRİKA
(ingiliscə - cliometrics - klio və metriya, analoji ekonometrika) iqtisadi tarixin tədqiqatları sahəsində iqtisadi nəzəriyyə, ekonometrik metod və modellərin tətbiqi ilə bağlı fənlərarası istiqamət. Tarixi tədqiqatda riyazi metodların tətbiqi ilə geniş əlaqələndirilir, yəni kəmiyyət tarixi ilə eyniləşdirilir. Fənnin adı yunan mifologiyasındakı tarix və qəhrəmanlıq poeziyası müzası (ilahə) olan “Klio adından gəlir. Termin olaraq ilk dəfə C.Hugs, L.Devis və S.Reyterin 1960-cı ildə dərc olunmuş “İqtisadi tarixdə kəmiyyət tədqiqatının aspektləri” məqaləsi ilə elmi dövriyyəyə gətirilmişdir.