Archive
Dictionary
(ingiliscə - revenue leasing - gəlir icarəsi) dövlətin müəyyən haqq müqabilində fərdi şəxslərə (icarədarlara) əhalidən vergi və digər dövlət gəlirlərinin toplanması hüququnun verdiyi icarə sistemi. Azərbaycan neft təsərrüfatında XIX əsrdə neft quyularının yerləşdiyi torpağın sahibi ilə onu müəyyən şərtlərlə müvəqqəti istifadəyə götürən icarəçi arasında olan qarşılıqlı öhdəliklər sistemi kimi mövcud olmuşdur. İltizam sistemi icarəçilərə neft quyuları qazmaq, neft hasil etmək və onun satışını reallaşdırmaq sahəsində əlahiddə hüquq verirdi. Bu zaman quyular müəyyən müddətə sahibkarların, adətən tacirlərin ixtiyarına keçir və onlar dövlətin xəzinəsinə vergi ödəyərək neft quyularından hasilatı inhisarlarında saxlayırdılar. 1872-ci ildə ləğv edilmişdir. İltizam sisteminin ləğvi ilə neft sənayesi kapitalist istehsalına keçid etmişdir.