Archive
Dictionary
(ingiliscə - Hajigabul-Shirvanovka-Mozdok Gas Pipeline - Hacıqabul-Şirvanovka-Mozdok Qaz Boru Kəməri) Azərbaycandan Rusiya Federasiyasına qaz nəqlini həyata keçirən magistral boru kəməri. 1983-cü ildən istifadəyə verilmişdir. Uzunluğu 680 km, boru diametri 1220 mm, illik ötürmə qabiliyyəti 10 milyard kub metr. Xəttin 200 km-lik hissəsi “Hacıqabul-Şirvanovka” magistral qaz kəmərinə aid olaraq Azərbaycanın ərazisinə düşür. 1983-cü ildən qazın Rusiyadan Azərbaycana nəql edilməsin üçün istifadəyə yönəlib, 2007-ci ildən isə Azərbaycanda hasil olunan qaz həcmlərinin artması və daxili tələbatın tam ödənilməsi ilə əlaqədar kəmərin imkanlarından intensiv istifadə olunmayıb. 2010-2014-cü illərdə Azərbaycanda hasil olunan qazın müəyyən həcmlərinin Rusiyaya ixracı ixracı üçün istifadə edilib. Hazırda qaz mübadiləsi üçün istifadədədir. Kəmərinin operatorları SOCAR və Rusiyanın “Qazprom” şirkətidir.