gototop gototop

Dictionary

HACIQABUL-QAZAX-SAQURAMO QAZ BORU KƏMƏRİ

(ingiliscə - Hajigabul-Gazakh-Saguramo Gas Pipeline - Hacıqabul-Qazax-Saquramo Qaz Boru Kəməri) Azərbaycandan Gürcüstana qaz nəqlini həyata keçirən magistral boru kəməri. 1978-ci ildə inşa olunub. Uzunluğu 478,4 km, boru diametri 1220/1020 mm, illik ötürmə qabiliyyəti 8,7 milyard kub metr.. Xəttin 378,4 km-lik hissəsi “Hacıqabul-Qazax” magistral qaz kəmərinə aid olaraq Azərbaycanın ərazisinə düşür. 1980-cı ildə xəttin Gürcüstan ərazisindəki “Qazax-Saquramo” magistral qaz kəməri hissəsi istismara verilib 1988-ci ilə kimi istismar edilib. SSRİ-nin süqutundan sonra uzun müddət istifadəsiz qalıb və müvafiq bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildə yenidən istismara verilib. Kəmərinin operatorları SOCAR və Gürcüstanın Qaz Nəqliyyat Şirkətidir.