gototop gototop

Dictionary

HACIQABUL-ASTARA - ASTARA (İRAN) QAZ BORU KƏMƏRİ

(ingiliscə - Hajigabul-Astara - Astara (Iran) Gas Pipeline - Hacıqabul-Astara - Astara (İran) Qaz Boru Kəməri) Azərbaycandan İran İslam Respublikasına qaz nəqlini həyata keçirən magistral boru kəməri. 1970-ci ildə inşa olunub və keçmiş SSRİ-nin İrandan gələn qazla təmin edilməsi üçün istifadə olunub. Uzunluğu 210 km, boru diametri 1220/1020 mm, mm, illik ötürmə qabiliyyəti 4,0 milyard kub metr. Xəttin 208,0 km-lik hissəsi “Hacıqabul-Astara (Azərbaycan)” magistral qaz kəmərinə aid olaraq Azərbaycanın ərazisinə düşür. Kəmər vasitəsi ilə 2006-cı ildə qazın Azərbaycandan İrana tədarükü üzrə svop əməliyyatlarına başlanılmış və Azərbaycandan İrana qaz bu kəmərlə ixrac edilir. İran tərəfi isə öz növbəsində Naxçıvan Müxtar Respublikasına qaz nəql edir. Ümumi uzunluğu 1474,5 km. Kəmərin İrandakı bölümü IGAT1 adlanır. Operatorlar SOCAR və İran Milli Qaz Şirkəti.