gototop gototop

Dictionary

GÜNƏŞ-VAKKUM ELEKTRİK STANSİYASI

(ingiliscə - Solar-vacuum power plants - Günəş-vakkum elektrik stansiyası) hava axınının enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyası. İxtira bərpa olunan enerji mənbələrindən (günəş, külək, isti havanın qalxması, atmosfer təzyiqinin yüksəklikdə fərqliliyi) istifadə edən kiçik energetikaya aiddir. Elektrik stansiyası günəş enerjisi akkumlyatorundan, günəş və külək enerjisini elektrik enerjisinə çevrilməsi üçün aerodinamik qurğularla təchiz edilmiş qüllədən ibarətdir. Kiçik şəhərlərdə və yaşayış məntəqələrində, dizel və bərk yanacaqla işləyən qazanxanaları əvəz edə bilər.