gototop gototop

Dictionary

GÜNƏŞ ENERJİSİ

(ingiliscə - solar power - günəş enerjisi) günəş radiasiyasının (şüalarının) elektrik və istilik enerjisinə çevrilməsinə əsaslanan alternativ energetikanın istiqaməti. Günəş mərkəzindən (Yer atmosferinin girişində) bir astronomik vahid məsafədə yerləşən və 1 m2-lik sahədən keçən perpendikulyar radiasiya axını 1367 Vt/m2 (daimi günəş) təşkil edir. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün təbii enerjidaşıyıcılarından (neft, qaz, daş kömür və s.) və digər yanacaq ehtiyatlarının məcmusundan çoxdur. Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin həcmi elektrik enerjisi ekvivalentində kifayət dərəcədə yüksəkdir. Bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt və b. səviyyəsindədir. AFR adambaşına düşən günəş enerji üzrə dünya lideridir. Bu enerji növündən istifadədə Avropa İttifaqı, ÇXR, AFR, Yaponiya və ABŞ ilk sıradadırlar. Həmin ölkələrdə həmçinin günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən Günəş stansiyalarının əsas işçi elementinin (fotoelement) hazırlanması üçün yüksək texnologiyalar tətbiq olunur. AFR-də fotoelektrik sənayesində 100 mindən çox işçi çalışır. ABŞ-da isə Günəş energetikasında işləyənlərin sayı 100 mini ötmüşdür.