Archive
Dictionary
GEOSENTRİK SƏMA İSTİNAD SİSTEMİ
(ingiliscə - Geocentric Celestial Reference System, GCRS - Geosentrik Səma İstinad Sistemi, GCRS) peyklər kimi Yerə yaxın məkanda cisimlərin mövqeyini və hərəkətini təyin etmək üçün istifadə edilən müvəqqəti standart koordinat sistem. Beynəlxalq Astronomiya İttifaqı - İAU tərəfindən 2000-cı ildə yaradılmışdır. GCRC ümumi nisbilik nəzəriyyəsi çərçivəsində məkan-zaman koordinatlarının geosentrik sistemi kimi çıxış edir. Səma sistemləri BCRS və GCRS bir-birinə qarşılıqlı əlaqəlidir. Onların müvafiq koordinat oxları paralel və qeyri-qalaktik radio mənbələrinə nisbətən stasionardır (hərəkətsiz). Sistem Yerin gündəlik fırlanmasında iştirak etmir.