gototop gototop

Dictionary

FOTOELEKTRİK MODUL GÜNƏŞ ELEKTRİK STANSİYALARI

(ingiliscə - Photovoltaic power stations - Fotoelektrik Günəş elektrik stansiyaları) müxtəlif güc və çıxış parametrlərinə malik çox sayda ayrı-ayrı fotoelementlərdən - modullarından (fotobatareyalardan) ibarət Günəş elektrik stansiyası. Fotoelementlər işığa həssas yarımkeçirici materiallar olan selen, silisium, qallium arsenidi, kadmium sulfidi və digər anoloji materiallardan hazırlanır. Həmin materiallardan hazırlanmış fotoelementlər işığın udulması ilə elektrik cərəyanı yaradır. Fotoelektrik modul Günəş elektrik stansiyaları geniş yayılmışdır. Praktiki olaraq geniş diapazonda - hər yerdə, minlərlə kvadratmetr sahə əhatə edən xüsusi ayrılmış ərazilərə, şəhər təsərrüfatinda, binaların damı və fasadlarında qurula bilər. Eyni zamanda, ayrı-ayrı predmetlər kiçik və böyük obyektlərin enerji təchizatı üçün də tətbiq olunur. Günəş enerjisi fotoelementlərinin faydalı iş əmsalı 12-14%, onların əsasında yaradılan stansiyaların tutduğu ərazi 1 MVt üçün 2 hektar, dünya istifadə gücü 200 QVt təşkil edir.