Archive
Dictionary
(İngiliscə - Federal Reserve System, FED - Federal Ehtiyatlar Sistemi) ABŞ-da Mərkəzi Bank funksiyalarını yerinə yetirən və kommersiya bank sisteminə mərkəzi nəzarəti həyata keçirən müstəqil federal agentlik. 1913-cü ildə yaradılmışdır. Təsisatı üçün əsas Federal Ehtiyat haqqında qanun olmuşdur. 12 federal ehtiyat bankını əhatə edir. FED etimadnaməsini ABŞ Konqresindən alır və fəaliyyətinə də onun tərəfindən nəzarət olunur. Bununla belə o, Konqresdən maliyyələşmə almır. Konqres vaxtaşırı FED-in fəaliyyətini təhlil edir və qanunvericilik baxımından onun vəzifələrini dəyişə bilər. Fəaliyyətindəki müstəqillik, pul siyasəti ilə bağlı qərarların ABŞ Prezidenti və ya başqa bir icra və ya qanunverici hakimiyyət orqanı tərəfindən təsdiq edilməməsi ilə təmin olunur. FED-in İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti prezidentliyin və Konqres üzvlərinin bir neçə müddətini əhatə edir.