Archive
Dictionary
ENERJİ RESURSLARI
(ingiliscə - energy resources - enerji resursları) bütün növ enerji məhsulları və yanacaq növləri, yanacaq faydalı qazıntılar (neft, təbii qaz, qaz hidratları, oduncaq, daş kömür, yanar şistlər, torf), elektrik enerjisi, istilik enerjisi, bərpa olunan enerji (hidroenerji, geotermalenerji, bioyanacaq, dənizlərin qabarma və çəkilmələri, okean axınları enerjisi, Günəş radiasiyası, külək enerjisi, atomun parçalanması və nüvə sintezi enerjisi) və ya hər hansı digər enerji formalarının məcmusunu ehtiva edən resurslar.