gototop gototop

Dictionary

ENERJİ EFFEKTİVLİYİ XİDMƏTLƏRİ

(ingiliscə - energy efficiency service - enerji effektivliyi xidmətləri) müəssisə və binalarda enerji effektivliyinin artırılması məqsədi ilə müvafiq sahədə ixtisaslaşan sahibkarlıq subyektləri tərəfindən göstərilən xidmət. Enerji effektivliyi xidmətləri sifarişçinin maliyyə vəsaiti hesabına öz istəyi əsasında müvafiq icraçı tərəfindən həyata keçirilir. Bu xidmətlərinin icraçısı enerji effektivliyi üzrə xidməti təmin edən fiziki və ya hüquqi şəxsdir. Çəkilmiş xərclərin geri qaytarılması isə sifarişçi ilə icraçısı arasında bağlanmış enerji effektivliyi müqaviləsi əsasında qənaət edilmiş enerji miqdarına uyğun olaraq hesablanıla və ödənilə bilər.