Archive
Dictionary
DİNAMİK VAXT
(ingiliscə - Dynamical Time, DT - Dinamik Vaxt, DT) hərəkət cazibə tənliklərində dəyişən kimi istifadə olunan zaman anlayışı. Öncə Efemerid vaxtı - ET sferasında efemeridin hesablanması üçün istifadə olunmuşdur. Lakin sonradan Yer Dinamik vaxt - TDT və Barisentrik Dinamik Vaxt - TDB ilə əvəz edilmişdir. TDT sistemi, əslində mahiyyətcə geosentrik efemeridin hesablanmasında istifadə üçün nəzərdə tutulmuş ET-nin təkamülüdür. TDB və TDT arasındakı fərq, 0,00166 saniyə amplituda olan dövri miqyaslı dəyişikliklərdədir. 1991-2006-cı illər üçün, baza təyinatların mürəkkəbliyi və uyğunsuzluğu (razılaşdırılmaması) səbəbiylə TDB və TDT tərəziləri yenidən təyin edilmiş və əvəzinə hal-hazırda - 2011-ci ildən TCG və TCB tərəfindən tətbiq olunur.