gototop gototop

Dictionary

DƏRİN DÖVLƏT

(ingiliscə - deep state - dərin dövlət) ABŞ-da demokratik yolla seçilmiş rəhbərliyə baxmadan dövlət siyasətinə təsir göstərən dövlət məmurlarından ibarət koordinasiyalı bir qrupun mövcudluğu nəzəriyyəsi. Termindən lkin olaraq Türkiyə və postsovet Rusiyası kimi ölkələrdəki kölgə hökumətlərinə istinad etmək və həmçinin ABŞ-da hakimiyyətə sahib dövlət institutularına (mütləq olaraq sui-qəsd nəzərdə tutulmur) təyinat vermək üçün istifadə olunmuşdur. Termin ABŞ prezidenti (2017-2021) Donald Trampın (1946) hakimiyyətinə təsir edən çoxsaylı sızmalar ortaya çıxdığı 2017-ci ildə şöhrət qazanmışdır. Belə ki, D.Trumpın tərəfdarları bu termini kəşfiyyat orqanları və icra məmurlarına, həmçinin media sızıntıları və ya digər daxili vasitələrlə siyasəti təyin edən məmurlara istinad üçün istifadə etmişlər.