gototop gototop

Dictionary

DAVAMLI ÜZVİ ÇİRKLƏNDİRİCİLƏR

(ingilscə - persistent organic pollutants, POP - davamlı üzvi çirkləndiricilər) ən təhlükəli üzvi birləşmələrin ümumi adı. Anlayış olaraq 2001-ci ilin 23 mayında İçveçin paytaxtı Stokolm şəhərində qəbul olunmuş “Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyası”ında dövriyyə çıxmışdır. Davamlı üzvi çirkləndiricilər təbii şəraitdə bioloji parçalanmayan və yavaş-yavaş pozulmayan kimyəvi maddələri əhatə edir. Bunlara kənd təsərrüfatında pestisid keyfiyyətində tətbiq olunan, sənayedə istifadə edilən və ya yanma və sənaye proseslərində yan məhsulları olaraq meydana bir qrup sintetik birləşmələr aiddir. Davamlı üzvi çirkləndiricilər dayanaqlılığı, uzun məsafələri qət etərək yayılması və insanları, heyvanları və bitkiləri zəhərləyərək ətraf mühit obyektlərinin və canlı orqanizmlərin toxumalarında toplanması ilə qlobal olan ekoloji bir problemdir.