gototop gototop

Dictionary

DAXİLİ YANMA MÜHƏRRİKİ, DYM

(ingiliscə - internal combustion engine - daxili yanma mühərriki) mühərrikin işçi kamerada (daxilində) yanacağın bilavasitə yanması ilə alınan enerjinin mexaniki enerjiyə çevirən qurğu, istilik mühərrikinin bir növü. Nəqliyyat vasitələrində avtomobillər, qatarlar, gəmilər, təyyarələr stasionar maşınlarda tətbiq olunur. DYM-lər termodinamiki xüsussiyətinə görə Otto və Dizel, iş üsuluna görə iki və dörd gedişli, hərəkət formasına görə porşenli, alışdırma üsuluna görə xaricdən, daxildən və öz-özünə alışdırma mühərriklərə təsnifatlandırılır. Silindrlərin sayına və quruluşuna görə müvafiq təsnifat mövcuddur. XVIII-XIX ərlərdə birinci sənaye inqilabı öncəsi və sonrası əsasən avropa alimləri tərəfindən ixtira edilmişdir.