Archive
Dictionary
BOŞQAB TİPLİ GÜNƏŞ ELEKTRİK STANSİYASI
(ingiliscə - Solar power station of plate type - Boş qab tipli Günəş elektrik stansiyası) fokusunda maye ilə doldurulmuş qəbuledici yerləşən qatlanmış güzgülərdən ibarət Günəş elektrik stansiyası. Burada güzgüdən ibarət əksetdirici (reflektor) 2 metrə qədər diametrdə boşqab formasında olur. Qəbuledici reflektordan bir qədər uzaqlıqda yerləşir və Günəşin əks olunan şüalarını konsentrə edir. Elektrik stansiyası ayrı-ayrı modullardan təşkil edilir və modulun gücündən asılı olaraq güzgülərin sayı müxtəlif olur. Boşqab tipli stansiyalar qüllə tipli günəş elektrik stansiyaları kimi eyni prinsipdə çalışaraq Günəşin istilik enerjisini alaraq onu elektrik enerjisinə çevirir. Fərq isə stansiyanın konstruksiyasındadır.