Archive
Dictionary
BİOQENOSENOZ
(yunanca - βίος - həyat , γη - yer və κοινός - ümumi) canlı orqanizmlərin cəmiyyətini və onunla sıx bağlı olan ərazi hüdudlarında abiotik mühit amillərinin məcmusunu özündə ehtiva edən sistem. Ekosistem ilə oxşar anlayışdır. Bioqenosenozun və ekosistemin xarakteristikası üçün iki yaxın anlayışdan istifadə olunur: biotop (bioqeosenoz və orqanizmlərin digər bioqeosenozlardan götürdüyü ərazidə abiotik amillərin məcmusu) və ekotop (qeyri-yaşayış təbiətinin amilləri: iqlim, torpaq). Məzmunca ekoloji anlayış olan “bioqenosenoz” fiziki-coğrafi anlayış “fasiya”ya identikdir.