gototop gototop

Dictionary

BƏRK BİOKÜTLƏ

(ingilscə - solid biomass - bərk biokütlə) istilik və elektrik enerjisi istehsalı üçün yanacaq kimi istifadə oluna bilən bioloji mənşəli qeyri-qazıntı üzvi materiallar. Bərk biokütləyə ağac kömür, oduncağın və digər bitki mənşəli materialların təmizlənməsi və pirolizinin bərk qalıqları, xüsusi yetişdirilən energetik bitkilər - qovaq, söyüd və s., sənaye prosesləri nəticəsində yaranan, meşə və kənd təsərrüfatı müəssisələrindən göndərilən - odun, yonqar, ağac qabığı, taxta kəpəyi və s., saman, düyü və qoz qabığı, quşçuluq fabriklərinin tullantıları, üzüm cecəsi və s. aid edilir.