Archive
Dictionary
BEYNƏLXALQ YERÜSTÜ İSTİNAD SİSTEMİ
(ingiliscə - International International Terrestrial Reference Frame, ITRF - Beynəlxalq Yerüstü İstinad Sistemi, İTRF) Beynəlxalq Yerüstü Koordinat Sistemi - İTRS-in parktiki tətbiqi reallaşdıran beynəlxalq yerüstü istinad sistemi. Yerdəki bir sıra istinad nöqtələrinin Kartezyen koordinatlarından (hər bir nöqtəni müstəvi daxilində iki sabit dik yönlü xəttdən işarələnmiş məsafələr olan ədədi koordinatlar dəsti ilə müstəsna olaraq təyin edən koordinat sistemi) istifadə etməklə tətbiq olunur. Yer qabığına möhkəm şəkildə bağlanmış çoxsaylı istinad nöqtəsinin koordinatları ilə həyata keçirilir. ITRF-in bir neçə versiyası mövcuddur. Bunlardan ən sonuncusu ITRF2014 21 yanvar 2016-cı ildə qəbul olunmuşdur.