gototop gototop

Dictionary

BEYNƏLXALQ VAHİDLƏR SİSTEMİ

(fransızca  - Système international d’unités, SI - Beynəlxalq Vahidlər Sistemi) fiziki kəmiyyət vahidləri sistemi, metrik sistemin müasir bir versiyası. SI dünyada həm gündəlik həyatda, həm də elm və texnologiyada ən çox istifadə edilən vahidlər sistemidir və əksər ölkələr tərəfindən qəbul olunmuşdur. SI və onun tam rəsmi təsviri Beynəlxalq Ağırlıqlar və Ölçülər Bürosu (BIPM) tərəfindən SI Broşuranın (fransızca - Broşure SI, ingiliscə - The SI Broşure - SI Broşurası) hazırkı versiyasında nəşr olunmuş və saytda yerləşdirilmişdir. SI broşura 1970-ci ildən bəri nəşr edilir, 1985-ci ildən fransız və ingilis dillərində buraxılır və bir sıra digər dillərə də tərcümə olunur, lakin mətn yalnız fransız dilində rəsmi sayılır.