gototop gototop

Dictionary

AŞQARLAR

(ingilscə - additives - əlavələr) yanacaq, sürtkü materialları və digər maddələrə onların istismar xassələrinin yaxşılaşdırılması üçün az miqdarda əlavə edilən materiallar. Onlar yanacağın xassəsini dəyişdirmək, yanma prosesini, ekoloji və erqonomik xüsusiyyətlərini yaxşılaşdırmaq, oktan və ya setan rəqəminin sayının artırmaq, daha yüksək sıxılmasını təmin etmək məqsədilə məhsula qatılır. Aşqarlar həmçinin sürtkü materiallarının korroziya və ya oksidləşmə inhibitorları kimi də çıxış edir, məhsulun texniki parametrlərinin təmin edilməsinə, standartlara cavab verməsinə, həmçinin mühərrik yanacağına alternativ olaraq da istifadə edilir.