gototop gototop

Dictionary

AMERİKA NEFT İNSTİTUTU

(ingiliscə - American Petroleum Institute, API) ABŞ-da neft və qaz sənayesi sahəsində bütün aspektlərin tədqiqi ilə məşğul olan və müvafiq məsələlərin tənzimlənməsi üzrə fəaliyyəti təmin edən yeganə milli qeyri-hökumət təşkilatı. Fəaliyyət tipi standartlaşdırma təşkilatı və ticarət assosiasiyasıdır. 1919-cu ilin 20 martında təsis edilmişdir. İlk API standartları 1924-cü ildə nəşr edilmişdir. İnstitutun dəstəklədiyi neft və qaz sənayesinin bütün seqmentlərini əhatə edən standart və tövsiyə təcrübələrinin sayı 500-dən çoxdur. Mənzil qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşir.