Archive
Dictionary
AKVAKULTURA
(latınca - aqua - su və kultus - mədəniyyət, yetişdirmək, becərmək) təbii və süni su hövzələrində, həmçinin xüsusi olaraq yaradılmış dəniz plantasiyalarında su orqanizmlərinin (balıq, xərçəngkimilər, molyuskalar, yosunlar) yetişdirilməsi və becərilməsi. Akvakultura. Xüsusən də, şirin balıqların yetişdirilməsinin 4 min illik tarixi vardır. Çində 3750 il əvvəl balıq yetişdirilməsi üçün gölməçələr olmuşdur. 2014-cü ildə dünya əhalisi ilk dəfə ənənəvi balıq ovu ilə deyil, daha çox süni yetişdirilmiş balıqdan (73,8 mln. ton) qidalanmışdır.