gototop gototop

Dictionary

BANKLAR

(italyanca - banko - masa, oturacaq). İlk olaraq İtaliyada pulları oturacaqlarda mübadilə edərdilər. Pul vəsaitlərinin toplanılması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, dövriyyə üçün kredit vəsaitlərinin emissiyası, müxtəlif qiymətli kağızların buraxılması kimi funksiyaları yerinə yetirən xüsusi iqtisadi institutlardır. Adətən, banklar pul-kredit münasibətlərinin tənzimlənməsi yolu ilə kommersiya fəaliyyəti ilə məşğul olurlar. Həyata keçirdikləri əməliyyatların xarakterinə görə onlar emissiya və kommersiya, vəsaitlərin xarakterinə və verilən kreditlərin müddətinə görə uzunmüddətli və qısa müddətli kreditlər verən banklara, mülkiyyətin xarakterinə görə - dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara, təsərrüfat əməliyyatlarına görə - sənaye, ticarət, aqrar, beynəlxalq, əhaliyə xidmət edən (əmanət) banklarına bölünür. Azərbaycanda bank sistemi üç əsas qrupdan: mərkəzi bankdan, kommersiya bankından və ixtisaslaşdırılmış maliyyə-kredit institutlarından ibarətdir. Hazırda banklar bəşəri sivliizasiyanın dəyərli iqtisadi texnoloji nailiyyəti olaraq, böyük tarixi tapıntılar sırasında dayanır. Dünyada saysız, hesabsız banklar içərisində orta hesabda yalnız iki mini etibarlılıq reytinqdə yüksəkdə dayanır. Siyahının önündə isə çoxmilyardlı kapitalla Almaniyanın Doyçe bankı on məşhur digər bankla birlikdə gedir. Pul qabı mənasında şərh edilən alman mənşəli birca isə banklara nisbətdə miqdar cəhətdən daha az saylıdır.