Archive
Dictionary
VENÇUR KAPİTALI
(ingiliscə - venture capital - riskli kapital) yeni, inkişaf yoluna qədəm qoyan və yaxud bazarda müvafiq yer tutmağa çalışan müəssisə və şirkətlərin maliyyələşdirilməsini əks etdirən yüksək risk dərəcəli investorlar kapitalıdır. Ümumilikdə elmi-texniki işlərin kommersiyalaşdırılmasının sürətləndirilməsinə xidmət edir. Vençur kapitalı biznes sferasında 1950-60-cı illərdə ABŞ-da formalaşmış və növbəti onillikdə Avropaya yol açmışdır.