Archive
Dictionary
(ingiliscə - Three Worlds Theory, çin dilində -三個世界的理論 - Üç Dünya Nəzəriyyəsi) beynəlxalq münasibətlərin üç siyasi-iqtisadi dünyadan ibarət olduğunu təsdiqləyən Çin kommunist lideri Mao Tszedunun (1893-1967) adı ilə bağlı nəzəriyyədir. Burada Birinci Dünya fövqəldövlətlər - ABŞ (imperializm) və SSRİ (sosial imperializm), İkinci Dünya aralıq güclər (Yaponiya, Avropa, Avstraliya və Kanada) və Üçüncü Dünya istismarda olan xalqlar - Yaponiya istisna olmaqla Asiya tam, bütün Afrika və Latın Amerikası götürülür. Nəzəriyyənin təməlində kommunist liderlər - SSRİ dövlətinin başçıları Vladimir Lenin (1870-1924) və İosif Stalinin (1879-1953) imperializm və müstəmləkəçiliklə bağlı təlimləri dayanır. O zamankı Çin baş nazirinin müavini Den Syaopin (1904-1997) 1974-cü ildə BMT-də Baş Asambleyanın xammal materialları və inkişaf problemlərinə həsr olunmuş xüsusi sesiyasındakı çıxışında Çinin kommunist olmayan ölkələrlə əməkdaşlığını əsaslandıraraq Üç Dünya Nəzəriyyəsini izah etmişdir. Üç Dünya Nəzəriyyəsi digər şəpkidə daha çox üçölçülü model kimi tanınaraq məşhur fransız demoqrafı və iqtisadçısı Alfred Sovi (1898-1990) tərəfindən işlənmişdir.