Archive
Dictionary
TRANS-SAKİT OKEAN TƏRƏFDAŞLIĞI
(ingiliscə - Trans-Pacific Partnership, TPP - Trans-Sakit okean ortaqlığı) Tarif baryerlərini məhdudlaşdıran və üzv dövlətlərdə müvafiq sahələr (əmək hüququ, ekologiya, intelektual mülkiyyət və s.) üzrə daxili qaydaları tənzimləyən Asiya-Sakit okean regionun 12 ölkəsini - ABŞ, Kanada, Meksika, Peru, Çili, Yaponiya, Malaziya, Bruney, Sinqapur, Vyetnam, Avstraliya və Yeni Zelladiyanı əhatə edən ticarət sazişi. 2015-ci ilin 5 oktyabırında bağlanılmışdır. Trans-Sakit okean Tərəfdaşlığı çərçivəsində azad ticarət zonasının yaradılması planlaşdırılır. Mənzil qərərgahı Yeni Zelladiyanın Velliqton şəhərində yerləşir.