Archive
Dictionary
(ingiliscə - Programme for International Student Assessment, PISA - Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı, PİSA) şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq proqram. Bununla bağlı aparalan testlə dünyanın müxtəlif ölkələrinin şagirdlərinin savadlılığı, onların biliklərinin təsrübədə tətbiqinin qiymətləndirilməsi müəyyən olunur. Üç ildə bir dəfə keçirilir. Testdə 15 yaşınadək yeniyetmələr iştirak edir. Təhsilin keyfiyyətinin monitorinqi üç əsas istiqamət - oxu savadı, riyazi savadlılıq və təbii elmi savadlılıq üzrə aparır. PISA proqramı üzrə şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - İƏİT tərəfindən həyata keçirilir. Proqramın məqsədini 15 yaşlı şagirdlərin məktəbdə aldıqları bilik və təcrübənin insan fəaliyyətinin müxtəlif sahələrində və sosial münasibətlər sferasıda geniş həyat tapşırığı diapozonunda tətbiqetmə bacarığının qiymətləndirilməsi təşkil edir.