gototop gototop

Dictionary

SÜVEYŞ KANALI

(ərəbcə - قناة السويس - Kanat əl-Süvəys, ingiliscə - Suez Canal - Süveyş kanalı) Sinay yarımadasının qərbində, Misir Ərəb Respublikasının ərazisində Aralıq dənizi ilə Hind okeanına çıxışla Qırmızı dənizi əlaqələndirən beynəlxalq əhəmiyyətli şlüzsüz süni su kanalı. Adı Süveyş bərzəxindən (bərzəx - coğrafi termin, iki quru parçasını birləşdirən dar, ensiz keçid) qaynaqlanmışdır. Təməli Osmanlı imperiyası zamanında atılmış, Böyük Biritaniya tərəfindən gəmiçilik üçün 17 noyabr 1869-cu ildə açılmışdır. Fransalı diplomat və mühəndis Ferdinand de Lessepsin (1805-1894) rəhbərliyi altında yarannmış səhmdar cəmiyyət tərəfindən 1859-1869-cu illər arasında inşa edilmişdir. Uzunluğu 193,3 km (inşa edildikdə 163 km), eni 313 metr, dərinliyi 24 metrdir. Baş limanları Porto-Səid və Süveyş şəhərləridir. Əsas qərargahı ərazidəki Timsah gölündə iri sənaye şəhəri olan İsmailiyədə yerləşir. Keçid müddəti 11-16 saatdır. İl ərzində kanaldan 18-20 min gəmi keçir və illik istismar gəlirləri 4-5 milyard ABŞ dolları həcmində tərəddüd edir. Bu gəlirlər Misirin turizm sahəsindən əldə etdiyi gəlirlərin yarısına bərabər olmaq ikinci sırada durur. Kanal zonası Afrika qitəsi ilə Avrasiya materiki arasında şərti sərhəddir. Hind okeanında Afrika qitəsini dolanmaqla Atlantik okeandan Aralıq dənizinə keçid edən 8 min kilometrili təbii su marşrutundan 50 dəfəyədək qısadır. Afrika qitəsində yerləşməsinə baxmayaraq Asiya və Avropa iqtisadi əlaqələrində mühüm rol oynayır. Dünya dəniz nəqliyyatının 8%-i bu kanal vasitəsilə həyata keçirilir. 1888-ci il 17-29 oktyabrda İstanbulda keçirilən konfransda kanal haqqında beynəlxalq konvensiya qəbul olunmuşdur. 1956-cı il 26 iyun tarixində Misir prezidentinin dekreti əsasında milliləşdirilmişdir. BMT Təlükəsizlik Şurası 13 oktyabr 1956-ci ilədə Misrin kanal üzərində suverenliyini və “bütün bayraqlar altında üzən gəmilərin keçməsi əsasında” onun istismarı hüququnu təsdiqləmişdir. İsrailin 1967-ci ildə ərəb dövlətlərinə hərbi hücumu nəticəsində kanal bir neçə il fəaliyyətini dayandırmışdır. Hazırda beynəlxalq gəmiçilik üçün açıqdır. 2015-ci ilin 6 avqustunda ikitərəfli hərəkəti təşkil etmək məqsədi ilə inşa edilən 2-ci kanal istismara verilmişdir.