Archive
Dictionary
SPİRT
(latınca - spiritus - ruh) doymuş karbohidrogen atomları ilə birbaşa bağlı olan bir və ya daha çox hidroksil (hidroksil - OH) tərkibli tezalışan, uçucu, dəm gətirən üzvi birləşmə. Ənənəvi adi spirt kimi etil çıxış edir. Spirtin çeşidli marka və növlərinə daxildir: təmiz spirt, qatılmış spirt, tibbi spirt, denaturatlaşdırılmış çörək spirti, üzüm spirti, şərab spirti, rektifikat spirti, texniki spirt və s. Tərkibində şəkər və ya nişasta olan xam maddələrin distilləsi, qıcqırtması, habelə digər maddələrin sintezi yolu ilə alınır.