Archive
Dictionary
REKREASİYA
(latınca - recreatio - bərpa) yorğun və ya yorulmuş insanın özünü normal hiss etməsinin və iş qabiliyyətinin bərpasının təmin olunması məqsədli kompleks sağlamlaşdırma tədbirləridir. Rekreasiya anlayışı istrahətin bütün növlərini - sanatoriya-kurort müalicəsini, turizm, həvəskar idman, rekreasiya balıqçılığı və s. əhatə edir. Bayramlar, tətillər, tədris prosesindəki fasilələr və əmək prosesində məsrəf olunmuş insan gücünün bərpası da rekreasiya anlayışı ilə ifadə olunur. Bir sıra ölkələrdə rekreasiya xidməti iqtisadiyyatın iri sahəsi olaraq çıxış edir.