gototop gototop

Dictionary

PROPAN

 (yunanca - protos - birinci + pion - piy, ingilscə - propane - propan) doymuş karbohidrogenlərə - alkanlara aid, kimyəvi formulu C3H8 olan, təmiz halda iysiz, rəngsiz, yanar qaz, üzvi birləşmə. Yanğın təhlükəlidir, suda praktiki həll olunmur. Az toksikdir, lakin insanın mərkəzi sinir sisteminə mənfi təsir (zəhərlənmə, qusma, ölümcül nəticəlidir) göstərir. Təbii qazda mövcud olur, neft məhsullarının krekinqi, səmt qazının bölünməsi zamanı yaranır, müxtəlif kimyəvi reaksiyalarda “güclü” təbii qazdan əlavə məhsul kimi alınır. İqtisadi əhmiyyətlidir, kimya, neft-kimya sənayesinin xammalı qismində, motor yanacağı, sürtkü yağlarının alınmasında, məişətdə isə balon qazı olaraq istifadə edilir.