gototop gototop

Dictionary

POLİPROPİLEN

(ingilscə - polypropylene - propilen) propilenin termoplastik polimeri.  Polietilendən fərqli olaraq, polipropilen aşınmaya qarşı daha davamlı, daha möhkəm və sərt, istiliyə daha dözümlüdür. Demək olar ki, korroziya çatlamasına məruz qalmır. İşığa və oksigenə qarşı yüksək həssasdır. Polipropilen qablaşdırma materiallarının, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektronika, elektrik cihazları və s.-in emalında istifadə olunan əsas məhsullardandır. Azərbaycanda polipropilen istehsalı SOCAR Polimer kompleksində həyata keçirilir.