Archive
Dictionary
NEOEVOLYUSİYONİZM
(ingilicə - neoevolutionism - neoevolyusiyonizm) sosial-mədəni struktur differensiasiyası, sosial-mədəni funksiyaların ixtisaslaşması və bu struktur və funksiyaların təşkilatlanmanın yeni səviyyələrində inteqrasiyasını ehtiva edən konsepsiya. Evolyusiyonizmdən fərqli olaraq neoevolyusiyonizm xətti ehkamı inkar edir və ənənəviçilikdən müasirliyə çoxsaylı yolların olduğunu təsdiqləyir. Evolyusiyonizm isə inkişaf və tərəqqi ideyalarının antropoloji şərhi, bütün mövcudatın təkəmüllü inkişaf prosesini təcəssüm etdirir. Neoevolyusiyonizmin (neotəkamülçü konsepsiya) əsas nümayəndələri Lesli Uayt (1900-1975), Qordon Çayld (1892-1957) və Culian Stuartdır (1902-1972).