gototop gototop

Dictionary

NAFTA

(azərbaycanca - neft, yunanca - νάφθα, ingilscə - naphtha - neft və qətran) neftin emalından alınan karbohidrogen qarışıqlı sarı şəffaf, tez alışan maye, maddə. Liqroin, neft spirti, ağər benzin kimi də tanınır. Hazırda nafta adı ilə bir neçə məhsul var ki, bunlar içərsində də solvent-nafta və termik krekinq-nafta fərqləndirilir. Nafta neft-kimya sənayesi, xüsusən də etilen və ya ətirli birləşmələrin istehsalı üçün ilkin xammaldır. O, benzin analogiyasında tərkibində aşqarlar olmayan yüngül disstelyantdır. Distilləsi 30-2100 Selsidə həyata keçirilən fraksiyalardan ibarətdir. Karl Bensin (1844-1929) ilk avtomobilində 1988-ci ildə yanacaq qismində istifadə olunub. Sonradan traktorlar üçün əsas mühərrik yağı olaraq istifadə edilib. Traktor parkının dizel yanacağına keçidi ilə əlaqədar bu sahədə əhəmiyyəti itirmişdir. Hazırda əlavəedici olaraq benzin istehsalında, dizel yanacağı, lak-rəng sənayesində həlledici kimi istifadə olunur. Həmçinin xüsusi lampalarda benzin kimi, havanın karbyurasiyası (havadan və maye yanacaqdan yanar qatışığın yaranması prosesi) və yağ ləkələrini çıxarmaq üçün də tətbiq edilir.