Archive
Dictionary
MİQYAS EFFEKTİ
(ingiliscə - returns to scale, scale effect - miqyas effekti, miqyas qayıdır) istehsal resursları həcmi ilə onlardan istehsal olunmuş məhsulun miqdarı arasında qarşılıqlı əlaqə. Uzunmüddətli mərhələdə baxılır. Miqyas effekti ilə bağlı xarakterik misal olaraq qənaətin əldə edilməsinin istehsalın kütləviliyinə bağlanması göstərilə bilər. İstehsalın miqyası nə qədər çoxdursa, digər bərabər şərtlərdə məhsul vahidinin maya dəyəri orta səviyyədə aşağıdır. İstehsalın genişləndirilməsi ilə məhsul vahidi üzrə xərclərin azaldılması miqyasada qənaət (economies of scale) adlanır. Miqyas effekti makroiqtisadi təhlilin mühüm kateqoriyası hesab olunur.