gototop gototop

Dictionary

LOKALLAŞDIRMA ƏMSALI

(ingiliscə - coefficient of localization - lokallaşdirma əmsalı) regionda müvafiq iqtisadiyyat sahəsinin lokallaşdırılmasını və ixtisaslaşdırılmasını müəyyən edən əmsal göstərici. Regionun sahə strukturunun ərazinin baza sahə strukturu ilə müqayisəsi əsasında müəyyən olunur və sahə üzrə məşğul olanların sayı və ya istehsal məhsulunun həcmi ilə ölçülür. Lokallaşdırma əmsalı regionun müvafiq sahə üzrə həm ixtisaslaşma dərəcəsini və həm də onun təmərküzləşmə dərəcəsini göstərir. Lokallaşdırma əmsalı nə qədər yüksəkdirsə, müvafiq sahə üzrə regional təmərküzləşmə də bir o qədər yüksək olur.