gototop gototop

Dictionary

QAZOYL

(ingilscə - gasoil - qaz və neft sözlərinin birləşməsindən yaranan söz, gas - qaz + oil - neft) maye karbohidrogenlərin qatışığı olan, neftin emalında kerosin və sürtkü yağlarının arasında alınan aralıq məhsul. Kükürüd, azot və turşu tərkiblidir, qaynama tempraturu 200-5000 Selsidir. Katalik krekinqdə xammal kimi çıxış edir. Neftin növündən asılı olaraq qazoylun tərkibi geniş dəyişir. Atmosfer təzyiqi şəraitində neftin birbaşa emalından dizel yanacağının əsas komponentlərindən biri (20%-ə qədər) olan atmosfer qazoylu (zənginləşdirilmiş qazoyl - qaynama tempraturu 270-3600 Selsi), 10-15 kPa təzyiqdə katalik və hidro krekinqin alınması xammalı olan vakkum qazoylu (qaynama tempraturu 350-5000 Selsi), hidrokrekinq və vakkum katalik krekinqdən alınan (həmçinin termik krekinq və neft qalıqlarının kokslaşdırılmasından) qazoyl isə krekinq qazoylu adlanır. Qazoyl həmçinin qaynama tempraturu 200-3600 Selsi olmaqla yüngül (dizel yanacağına zənginləşdirmək üçün qatılan) və qaynama tempraturu 360-5000 Selsi olna ağır (qızdırıcı qazanlarında istifadə edilən mazut üçün seyrəltici komponent) növləri də fərqləndirilir. Bax DIZEL YANACAĞI.