gototop gototop

Dictionary

QAZ İXRAC EDƏN ÖLKƏLƏR FORUMU

(ingiliscə - Gas Exporting Countries Forum, GECF - Qaz İxrac edən Ölkələr Forumu) dünyada təbii qazın ixracı üzrə lider ölkələrin birliyi. OPEK anologiyasına görə forum bəzən “Qaz OPEK”-i də adlandırılır. Buna baxmayaraq heç də onun bütün üzvləri bu əsasda müvafiq kartel yaradılması təşəbbüsü ilə çıxış etmirlər. 2001-ci ildə İranın paytaxtı Tehran şəhərində yaradılıb, 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis edilib. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan) üzvü var. Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 73%-i, hasilatının 42%-i, boru kəmərləri ilə ticarətin 38%-i, sıxılmış qaz (LNG) istehsalının 85%-i cəmləşir. Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. 2015-ci ildə Tehranda keçirilən 3-cü sammitdə Azərbaycan Qaz İxrac edən Ölkələr Forumuna müşahidəçi qismində qəbul olunmuşdur. Azərbaycanın Foruma qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Mənzil-qərargahı Qətərin paytaxtı Doha şəhərində yerləşir.