Archive
Dictionary
İKİTƏRƏFLİ İNVESTİSİYA SAZİŞİ
(ingiliscə - Bilateral Investment Treaty - BİT - İkitərəfli İnvestisiya Sazişi - BİT) iki ölkə arasında həmin ölkələrdə xarici investisiyaları həyata keçirmək üçün müəyən edilmiş qaydalar haqqında ikitərəfli investisiya müqaviləsidir. İkitərəfli İnvestisiya Sazişlərinin əksəriyyəti, əsasən, bir investor dövlətin (investisiya ixracatçısı) digərində investisiyaların qorunması təminatlılığı üzərində qurulur. Dünyada ilk İkitərəfli İnvestisiya Sazişi 25 noyabr 1959-cu ildə Pakistan və Almaniya arasında imzalanmışdır. Müasir dünyada 2500-dən çox İkitərəfli İnvestisiya Sazişi mövcuddur ki, burada da əksər ölkələr iştirakçıdırlar.