gototop gototop

Dictionary

ƏHALİ ARTIQLIĞI QANUNU

(ingiliscə - law of populatio - əhali haqqında qanun) Avropa klassik iqtisad məktəbinin görkəmli nümayəndəsi məşhur ingilis iqtisadçısı - demoqraf Tomas Robert Maltus (1766-1834) tərfindən onun 1798-ci ildə yazdığı “Əhali artıqlığı prinsipinə dair esse” (An Essay on the Principle of Population) adlı əsərində irəli sürülən nəzəriyyə. Qanuna əsasən, istehsal olunan qida məhsulların sayı ədədi silsilə, əhali isə həndəsi silsilə ilə artır və buna görə də gec-tez qida məhsullarının məhdudluğu əhali artımını dayandıracaqdır. T.Maltusun fikrincə, bitki və heyvanat aləmində olduğu kimi, insan cəmiyyətində də öz sərəncamında olan qidanın kəmiyyətinə varmadan istifadəsini təmin etmək instinkti vardır. O təsdiqləyirdi ki, əhali həndəsi (1,2,4,8,16,32,64 və s.) silsilə, yaşayış vasitələri isə ədədi (1,2,3,4,5,6,7 və s.) silsilə ilə tərəqqi edir və iki yüz ildən sonra bu nisbət 256-nın 9-a, üç yüz ildən sonra isə 1096-nın 13-ə ekvivalentində olacaqdır. Buradan daha bir fikir də hasil olunurdu ki, əgər əhali artıqlığı qanunu təbiidirsə, onda yoxsulluğu heç bir sistem bölgüsü xilas etməyəcəkdir. T.Maltusun əhali artıqlığı (overpopulation) ilə bağlı qanunu iqtisadi nəzəriyyədə “maltusçululuq” adlandırılır