Archive
Dictionary
(latınca - ethanum, ingilscə - ethane - etan) sadə alkenlərə aid kimyəvi formulu C2H4 olub, üzvi birləşmə, doymamış karbohidrogen. Qoxsu zəif hiss edilən, normal şəraitdə havadan yüngül, rəngsiz, yanar qazdır. Narkotik təsirlidir, suda qismən, dietillen efirində və karbohidrogenlərdə isə yaxşı həll olunur, parlayan alovla yanır, hava ilə partlayıcı qarışığı əmələ gətirir. Etilenə təbii qazlarda (vulkaniklər istisna olmaqla) rast gəlinmir. Etilenin sənaye üsulu ilə alınması əsasən neftin maye distilyatlarının və ya aşağı doymuş karbohidrogenlərin (etan, propan, butan) pirolizi ilə həyata keçirilir. Etilen dünyada ən çox istehsal olunan üzvi birləşmədir və sənayedə mühüm rol oynayır. Belə ki, polietilenin alınmasınada əsas monomer olaraq çıxış edir, ondan həmçinin etanol (texniki spirt), antifriz və s. alınır. Etilen fitohormon (boy atma maddəsi) olaraq bioloji effektivliyi ilə fərqlənir. Kənd təsərrüfatında bitkilərin yetişməsinin sürətləndirilməsində istifadə edilir. Azərbaycanda etilen istehsalı (orta hesabla illik 260 min) SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda həyata keçirilir.