Archive
Dictionary
ETAN
(latınca - ethanum, ingilscə - ethane - etan) doymuş karbohidrogenlərə - alkanlara aid, kimyəvi formulu - C2H6 olub, normal şəraitdə rəngsiz iysiz, yanar qaz, üzvi birləşmə. Təbiətdə təbii qaz, neft və digər karbohidrogenlərin tərkibində olur. Böyük həcmdə səmt qazı və neft krekinqi qazlarından alınır. Az toksikdir, narkotik təsirilidir, suda və qanda cüzi həll olmaya malikdir. Metanla və propanla müqayisədə daha yanğın təhlükəlidir. İqtisadi əhmiyyətlidir, sənayedə etilen alınmasında istifadə olunur.