gototop gototop

Dictionary

ENERGETİKA TRİLEMMASININ İNDEKSİ

(ingiliscə - Energy Trilemma Index - Energetika Trilemmasının İndeksi) müxtəlif ölkələrdə enerji sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üçün Dünya Enerji Şurası (WEC) tərəfindən hər il dərc edilən indeks. İndeks ölkənin davamlı enerji sistemi ilə təminetmə qabiliyyətini üç ölçüdə - enerji təhlükəsizliyi (daxili enerji istehsalını və idxal enerjini, həmçinin cari və gələcək enerji tələbatını etibarlı enerji infrastrukturu ilə səmərəli idarə etmə), enerji bərabərliyi (geniş ictimaiyyət asan və ucuz enerji təminatına giriş əldə edə bilər) və ekoloji dayanıqlılıq (enerjieffektivliyi tələb və təklifin, bərpa olunan enerji və aşağıkarbonlı mənbələrinin işlənməsinin tərəfindədir) prinsipləri üzrə qiymətləndirir. Dünya Enerji Şurasının 2017-ci il üçün tərtib etdiyi müvafiq indeksdə Danimarka 125 ölkə arasında dünya ölkələri arasında birinci (enerji təhlükəsizliyi üzrə birinci, enerji bərabərliyində 12-ci, ekoloji dayanıqlılıqda 4-cü yerdə) yerdədir. Azərbaycan reytinqdə Cənubi Koreya, Avstraliya, Çin, Rusiya Federasiyası kimi ölkələri geridə qoyaraq Yaponiyadan sonra 31-ci yerdə (enerji təhlükəsizliyi və enerji bərabərliyi üzrə 44-cü, ekoloji davamlılıq üzrə 19-cu pillədə) qərarlaşmışdır.