Archive
Dictionary
(ingiliscə - electrical energy - elektrik enerjisi) energetikanın elektrik enerjisinin istehsalı, ötrülməsi və satışı poseslərini özündə birləşdirən mühüm sahəsi, altsistemi. Ənənəvi və qeyri-ənənəvi sahələrə bölünür. Yanacaq sahələri ilə birlikdə Yanacaq-Enerji Kompleksini yaradır. Elektroenergetika baza sahə olaraq iqtisadiyyatın, cəmiyyət həyatının digər sferalarının inkişafının bilavasitə zəruri şərtidir. Maşınqayırma ilə yanaşı, o, qlobal iqtisadiyyatda özünəməxsus təməl təşkil edir. Elektrik enerjisi istehsalı ölkənin iqtisadi potensialının göstərici hesab olunur. Dünyanın 40% ilkin enerji resursları elektroenerji (elektrik enerjisi) istehsalına sərf olunur. Elektroenergetikanın vacib xüsusiyyəti kimi onun məhsulunun - yəni elektrik enerjisinin sonrakı istifadə üçün yığılmaması çıxış edir. Elektrik enerjisinin istehsalı elektrik stansiyasının özünün ehtiyacları və şəbəkədəki itkilər nəzərə almaqla hər zaman anında istehlak ölçülərinə uyğun olmaslıdır.