Archive
Dictionary
(ingiliscə - Forth World - Dördüncü Dünya) Üç Dünya modelinin davamı olaraq, altəhali, qlobal cəmiyyətdən sosial qovulmalar, kənarlaşdırılanlar, köçəri, ovçu-yığıcı, çobanlıqla məşğul olan və bəzi təbii fermer xalqlar, müasir sənaye normaları hüdudlarından kənarda yaşayanlar, Birinci Dünya ölkələrində mövcud olan həyat səviyyəsinə görə Üçüncü Dünyaya aid əhali və ya inkişaf etməkdə olan ölkələrlə əlaqədar təyinatlarda istifadə olunan anlayış. Beynəlxalq münasibətlərin üç siyasi-iqtisadi dünyadan ibarət olduğunu təsdiqləyən Çin kommunist lideri Mao Tszedunun (1893-1967) adı ilə bağlı nəzəriyyədən fərqli olaraq milli dövlət statusu ilə təsnifatlandırılmır və məkanla məhdudlaşmır. Dördüncü Dünya ən az inkişaf etmiş ölkələr kimi də səciyyələndirilir.