Archive
Dictionary
(ingiliscə - Four Asian Tigers - Dörd Asiya Pələngi və ya Asia’s Four Little Dragons - Asiyanın Dörd Kişik Əjdahası) 1960-cı illərdən 1990-cı illərin qlobal maliyyə böhranına qədər çox yüksək iqtisadi inkişaf nümayiş etdirmiş Cənubi Koreya, Sinqapur, Honkonq (Syanqan) və Tayvanın qeyri-rəsmi adı. Həmin ölkələr müvafiq illər ərzində geniş həcmli yüksək texnologiyalar sənayesi qurmuş və sürətli sənayeləşməyə nail olmuşlar. Onlar bunu infrastrukturun iri həcli investisiyalaşdırılması, intelektual mülkiyyətin və insanın istedadı və dühasının hərtərəfli stimullaşdırılması ilə təmin etmişlər. Bu siyasət o qədər effektivli olmuşdur ki, nəticədə həmin dövlətlər qabaqcıl və sənayecə inkişaf etmiş yüksək gəlirli ölkələrə çevrilmişlər. Bu 4 ölkənin hər biri yüksək texnologiyaların işlənməsi və tətbiqi ilə geniş rəqabətqaliliyyətlik əldə etmiş, özlərinin yüksək reytinqli universitetləri ilə təhsil sahəsində dünyanın qlobal mərkəzləri kimi məşhurlaşmışlar. Burda yuxarı sinif şagirdləri özlərinin təhsil göstəriciləri ilə dünyanın digər ölkələrini stabil olaraq qabaqlayırlar. Onlar beynəlxalq riyazi və elmi imtahanlarda, xüsusi olaraq PİSA imtahanlarında ən yüksək nəticələr nümayiş etdirirlər.